Mancuriya qozu
Mancuriya qozu | |
---|---|
![]() | |
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Mancuriya qozu |
|
Beynəlxalq elmi adı | |
Mancuriya qozu (lat. Juglans mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin qoz cinsinə aid bitki növü.
Təbii yayılması
Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır.
Botaniki təsviri:
Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir. Meyvələri avqust-oktyabrda yetişir. Meyvəyanlığı yaşıl, yetişdikdə qonurlaşan, çox tükcüklü, qozdan asanlıqla ayrılan, vəzicikli-yapışqandır. 250 ilədək yaşayır.
Ekologiyası
Qışa davamlıdır, -450-dək şaxtalara dözür. İşıqsevəndir, ancaq kölgəli sahələrdə də bitə bilər. Məhsuldar, rütubətli, yumşaq torpaqlara üstünlük verir, torpaq və atmosfer nəmişliyinin çatışmazlığına həssasdır.
Azərbaycanda yayılması
Azərbaycanda bəzi rayonlarda rast gəlinir.
İstifadəsi
Mebellərin düzəldilməsində, qozun nüvəsindən qənnadı sənayesində yüksək keyfiyyətli yağın alınması üçün istifadə edilir. Saç boyasının tərkibində istifadə edilə bilər. Qabığı, yarpaqları və meyvələrində taninlər vardır, xalq təbabətində istifadə edilir. Balvericidir.
Yarımnövləri
- Juglans mandshurica nothovar. avellana (Dode) Kitam.
- Juglans mandshurica var. cordiformis (Makino) Kitam.
- Juglans mandshurica var. mandshurica
- Juglans mandshurica var. sachalinensis (Komatsu) Kitam.