Manul

Manul
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
Cins:
???:
Manul
Beynəlxalq elmi adı

Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır.

Ümumi məlumat

Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur.[1]

Yayılması

Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.

Yaşayış yerləri və həyat tərzi

Biologiyası Azərbaycanda öyrənilməmişdir. Arealının digər sahələrində aparılan tədqiqatlara əsasən, kəskin kontinental iqlim şəraiti, qışda aşağı temperaturu və nazik qar örtüyü olan ərazilərdə yayılmışdır. Bozqır və yarımsəhra ərazilərdə, hündür dağ qayalıqlarında rast gəlinir. Yuvasını qaya yarıqlarında, kolluqlarda, köhnə porsuq yuvalarında qurur. Qidasını, əsasən siçanabənzər gəmiricilər, quşlar təşkil edir. Hərəkətləri ləngdir, təqib zamanı gizlənməklə və hündür yerlərə dırmaşmaqla canını qurtarır. Fevral-mart aylarında cütləşir, 60 gün boğazlıq dövründən sonra 2-6 gözləri yumulu bala dünyaya gətirir. 10 ayliqda balalar yetkinliyə çatırlar. Nadir fərdləri Naxçıvanda tapılır. Çöllərdə və səhralarda, çox vaxt daşlı yaylalarda, 3000 m ucalığa qalxaraq, orada məskən salır. Boş yuvalarda da yaşaya bilər. Əsasən gecə və alaqaranlıq vaxtı ova çıxır. Gəmiricilərlə, quşlarlakərtənkələlərlə qidalanır. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilib.[2]

Sayı

Dəqiq sayı məlum deyildir. Çox nadir hallarda Naxçıvan MR-də rast gəlinir.

Məhdudlaşdırıcı amillər

Öyrənilməyib. Xüsusən, qışı sərt və uzun keçən illərdə tələf olmaları məlumdur.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Növün yaşayış yerləri Zəngəzur MP, Ordubad və Arazboyu yasaqlıqlarında mühafizə olunur. Ekologiyası öyrənilmədiyindən mühafizə tədbirləri hələ hazırlanmaqdadır.

Manul

İstinadlar

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 588;

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 588;
  3. Talıbov T.H. Naxçıvan MR Qırmızı Kitabı. Naxçıvan: Əcəmi, 2006. s. 154 - 186.

Xarici keçidlər

Həmçinin bax