Maqeyoya adası
Maqeyoya adası | |
---|---|
norv. Magerøya | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 436,6 km² |
Uzunluğu |
|
Eni | 35 km |
Sahil uzunluğu | 213 km |
Hündür nöqtəsi | 417 m |
Əhalisi | 3.201 nəfər (2012-ci il) |
Yerləşməsi | |
71°03′00″ şm. e. 25°41′54″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Akvatoriya | |
|
|
![]() |
Maqeyoya adası (norv. Magerøya — kasıb ada) — Skandinaviya yarımadasının şimalında, Barens dənizi sahillərində yerləşən ada. Ada Norveçə məxsusdur.
Adada Nordkap və Knivşellodden burunları yerləşir. İnzibati baxımdan inzibati mərkəzi adanın cənubunda olan Nordkap kommunasına daxildir. Burada yaşayan əhalinin əsas gəliri balıqçılıq və turizmdən əldə edilir.
Tundra bitkilərinə sahibdir. Sahilləri parçalıdır. Sahəsi 436,6 km²[1], ən hündür nöqtəsi 417 m-dir. Nordkapda hündürlük isə 307 metrdir.
Adada ilk yaşayış məntəqəsi b.e.ə 8300 ilə aiddir. 1999-cu ildə adanı materikə birləşdirən, uzunluğu 6,87 km olan tunel inşa edilmişdir.,
İstinadlar
- ↑ Store norske leksikon. "Magerøya" (Norwegian). 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
Mənbə
- Nordkap kammunasının rəsmi saytı (norv.)