Marçello Malpigi

Malpiqi Marçello
it. Marcello Malpighi
Malpiqi Marçello
Malpiqi Marçello
Doğum tarixi
Doğum yeri Baloniya əyaləti
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Roma
Vəfat səbəbi insult
Elm sahələri anatomiya, tibb, biologiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malpiqi Marçello (it. Marcello Malpighi, 10 mart 1628, Krevalkore (it. Crevalcore), Baloniya əyaləti - 30 noyabr 1694, Roma) — italyan bioloqhəkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü.

Akademik kariyerası

17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur.

1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur.

Tədqiqatları

Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.

1667-ci ildə London Kral Cəmiyyətinin jurnalının redaktoru onunla mütəmadi yazışmağı təklif edir. Bir ildən sonra London Kral Cəmiyyətinin üzvü olur.

O, mikroskopun köməyi ilə ağciyər kapillyarlarını müşahidə edərək, Uilyam Harveyin izahını verə bilmədiyi vena və arteriya arasındakı əlaqənin, dalağın limfa düyünlərininin, qan cisimciklərinin, dilin dad məməciklərinin qurluşunun təsvirini vermişdir Cücənin inkişaf mərhələlərini mikroskop altında öyrənmişdir.

Malpiqi 1694-cü il 30 noyabrda insultdan vəfat etmişdir.

Elmi əsərləri

Marcello Malpighi, Opera omnia
Opere, 1687
  • De Pulmonibus, 1661
  • Epistolae Anatomicae de Cerebro ac Lingua, 1665
  • De Externo Tactus Organo, 1665
  • De viscerum structura exercitatio anatomica, 1666
  • De polypo cordis, 1666
  • Dissertatio epistolica de bombyce, 1669
  • Anatomia Plantarum, 1671
  • De Formatione Pulli in Ovo, 1673
  • De ovo incubato, 1675
  • De Structura Glandularum Conglobatarum, 1689

Xarici keçidlər