Mariya Paseka
Mariya Paseka | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı |
![]() |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Təhsili |
|
Boyu | 161 sm |
Çəkisi | 48 kq |
İdman növü | idman gimnastikası |
Rəsmi saytı | |
Medallar |
|
![]() |
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb.
Karyerası
Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb.
Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.