Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır.[3] 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir.[4][5]
7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır.[6] 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir.[7][8] 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir.[9] 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir.[10]
Pessina İtaliya U-21 millisi ilə debütünü 5 oktyabr 2017-ci ildə BudapeştdəMacarıstan millisinə qarşı oyunda etmiş və milli rəqibinə 6-2 hesabı ilə qalib gəlmişdir.[12]
Pessina millidə ilk qolunu 28 may 2021-ci ildə San-Marino millisinə qarşı oyunda vurmuşdur. O, oyunun 75 və 87-ci dəqiqəsində qolla yadda qalmışdır. Həmin görüşdə milli rəqibinə 7-0 hesabı ilə qalib gəlmişdir.[16]
Pessina 2021-ci ilin iyununda UEFA Avro 2020 turnirində iştirak üçün baş məşqçi Roberto Mançini tərəfindən millinin ilkin heyətinə daxil edilsə də, turnirə gedəcək olan son 26 nəfərlik heyətdən kənarda qalmışdır.[17] Lakin Stefano Sensinin zədələnməsindən sonra Pessina onun yerinə turnirə çağırılmışdır.[18] O, turnirdə debütünü 16 iyunda İsveçrə millisinə qarşı qrup oyununda etmiş və milli rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.[19] 20 iyunda Romada keçirilən Uels millisə ilə oyuna əsas heyətdə başlayan Pessina görüşdə yeganə qolun müəllifi olmuşdur. Bu nəticə onları qrup lideri kimi növbəti mərhələyə daşımışdır.[20] 26 iyunda 1/8 final mərhələsində Avstriya millisi ilə görüşdə Pessina əlavə vaxtda qələbə qolunun müəllifi olmuşdur. Həmin görüşdə milli rəqibinə 2-1 hesabı ilə qalib gəlmiş və növbəti mərhələyə vəsiqə qazanmışdır.[21] Pessina 11 iyulda İtaliya millisi ilə İngiltərə millisinə qarşı Uembli stadionunda keçirilən və əlavə vaxtı 1-1 bitən final görüşündə penaltilər seriyasında qalib gələrək çempion adını qazanmışdır.[22]
Oyun tərzi
Əsasən mərkəz yarımmüdafiəçisi kimi çıxış edən Pessina həm də hücuma meyilli yarımmüdafiəçi kimi oynaya bilər. Sol ayaqlı oyunçu yaxşı texnikaya sahibdir və komanda yoldaşları üçün şans yaratmaq və ya topsuz cərimə meydançasına gec hücum həmlələri etmək bacarığı ilə tanınır. Həmçinin müdafiə keyfiyyətləri və oyun sürəti ilə fərqlənir.[23][24] Mövqeyində sürətli çıxışı və qol atmaq bacarığı ilə seçilən Pessina Stiven Cerrard və Frenk Lempard ilə müqayisə olunur. O, müsahibələrinin birində hər iki oyunçunu öz kumiri hesab etdiyini bildirmişdir.[25]
↑"Comunicato Ufficiale N. 265" [Official Statement No. 265] (PDF)(italyan). Lega Serie A. 16 July 2020. səh. 3. 17 July 2020 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 14 June 2021.
↑"Al Como la mezzala Matteo Pessina" [Midfielder Matteo Pessina to Como]. calciocomo1907.it. Calcio Como. 15 July 2016. 7 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 July 2016.
↑"Ecco Matteo Pessina"(Italian). Atalanta B.C. 7 July 2017. 10 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 August 2017.