Meqalopolis
Meqapol və ya meqalopolis ümumiyyətlə aqlomerasiya regionu ərazilərinin birləşməsidir.
Bu termin coğrafi cəhətdən ilk dəfə 1961-ci ildə Jean Gottmann tərəfindən Boston, New York, Philadelphia, Baltimore və Vaşinqtona qədər uzanan ABŞ-nin şimal-şərq sahilindəki metropol ərazilərinin zəncirini təsvir etmək üçün istifadə edilmişdir. Bu sahə bu gün BosWash olaraq bilinir.