Metabolitlər
Metabolitlər – canlı orqanizmlərdə maddələr mübadiləsi məhsulları.[1]
Metabolizm
Maddələr mübadiləsi – Canlı orqanizmlərdə maddələri enerjiyə çevirən biokimyəvi proseslərin məcmusu. Metabolizm bir-birinə əks nəticəli iki prosesdən (assimilyasiya və dissimilyasiya) ibarətdir.
Metabolit su
Heyvan orqanzmində oksidləşən qida (yağ, karbohidratlar) əmələ gətirən su. Metabolit su səhralarda yaşayan heyvanlar üçün ətraf mühitdə sərbəst su ehtiyatının olduqca qıt olduğu şəraitdə xüsusən əhəmiyyətlidir (dəvə, səhra gəmiriciləri, həşəratlar və s.).
Xarici keçid
Həmçinin bax
İstinad
İstinadların sınaq göstərişi
- ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008