Mikel Yanku
Mikel Yanku | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1941[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 2019 (77 yaşında) |
Vətəndaşlığı | |
Mövqeyi | qapıçı |
![]() |
Mikel Andreya Yanku (alb. Mikel Andrea Janku; 25 oktyabr 1941[1], Tirana – 10 yanvar 2019) — Albaniya futbolçusu, "Partizani" FK və Albaniya milli komandasının qapıçısı. O, Albaniya Hərbi Hava Qüvvələrinin mayoru idi.
Həyatı
Mikel Yanku 25 oktyabr 1941-ci ildə anadan olmuşdur. O, hərbi pilot olmaq üçün Skanderbeq Hərbi Universitetində təhsil almış və üçüncü kursda ilk dəfə Yak-18 qırıcı təyyarəsini idarə etmişdir. 1958-ci ilin iyulunda "Bellostrov" gəmisində Odessaya gələrək SSRİ-də təhsil almağa başlamışdır. 1958–1961-ci illərdə SSRİ-də bir neçə hərbi məktəbdə təhsil almışdır. Əvvəlcə Saratov vilayətinin Puqaçev şəhərindəki Hava-Dəniz Qüvvələrinin Aviasiya Planer Məktəbində (birinci kurs), sonra Sızrandakı eyni məktəbdə (ikinci kurs), sonra Rostov vilayətinin Bataysk şəhərindəki Serov Hərbi Aviasiya Pilot Məktəbində (üçüncü kurs) oxumuşdur . "SKA" FK-ni dəstəkləyirdi. Məzun olduqdan sonra vertolyot pilotu ixtisası almışdır.[2] Dəfələrlə Volqa və Don üzərində təlim uçuşları həyata keçirmiş, həmçinin paraşütlə atlamışdır.[3]
O, hələ tələbə ikən futbolla maraqlanırdı. Onun ilk müəllimi və məşqçisi bədən tərbiyəsi müəllimi İsmət Bellova olmuşdu.[4] Yanku 1961-ci il avqustun sonunda Albaniyaya qayıtmışdı. Gözlənilirdi ki, kursantların ardınca Mi-4 helikopterləri gələcək və onlar bu helikopterləri idarə edəcəkdilər, lakin texnika heç vaxt çatdırılmadı. 1962-ci ildə Tiranada keçirilən Hərbi Spartakiadadan sonra "Partizani" futbol klubunda oynamaq istəyən Yanku Müdafiə Nazirliyindən icazə almışdır. O, 1962–1969-cu illərdə "Partizani"də qapıçı kimi çıxış etməyə başlamışdır. Onun debütü 1962-ci ilin aprelində baş tutmuşdu, çünki əsas qapıçı Süleyman Malikati Azadlıq Kuboku matçından əvvəl zədələnmişdi. 1964-cü ilin sentyabrında əsas qapıçı olmuş və Malikati komandadan ayrılmışdı.[3]
Yanku komandanın kapitanı olmuşdur.[4] O, dəfələrlə Avropa turnirlərində çıxış etmişdir. Yankunun qapıçı kimi yetişməsində "Partizani" və Albaniya millisinin baş məşqçisi Loro Borikinin böyük təsiri var idi. Ona uçuş məktəbində müəllim işləmək şərti ilə karyerasını Vlyorada yerləşən "Flamurtari"də davam etdirmək təklif olunmuşdu, lakin uçuş təcrübəsi olmadığı üçün Yanku bu təklifdən imtina etmiş və karyerasını "Partizani"də bitirmişdir.[3]
Nailiyyətləri
- Albaniya çempionu: 1962/1963, 1963/1964[5]
İstinadlar
- ↑ 1 2 Mikel Janku // Transfermarkt (çd.). 2000.
- ↑ Александр Просветов. Не осрамиться бы при первом свидании // Спорт-Экспресс (газета). № 236 (3028). — 2002. — 16 oktyabr.
- ↑ 1 2 3 Uvil Zajmi. "Mikel Janku, piloti që u bë portier i Partizanit dhe Kombëtares" (alban). Panorama. 2015-06-29. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.
- ↑ 1 2 "Shuhet Mikel Janku, ish-portieri i kombëtares" (alban). Telegraf.al. 2019-01-11. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.
- ↑ "Albania - Championship Winning Teams" (ingilis). RSSSF. 2009-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.