Monqolustan musiqisi

Monqol musiqiçi. 2005-ci il.

Monqolustan musiqisiMonqolustan ərazisində formalaşmış musiqi.

Tarixi

Qədim ənənəyə malik Monqolustan musiqisi pentatonikaya əsaslanır. Mahnı, epik dastan və instrumental musiqiyə ayrılır. Mahnılar zəngin ornamentli, geniş diapazonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duu-çi (solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunur. Musiqi alətləri: limba (fleyta növü), morinxur və xuçir, şanz (simli), yooçin (simbal növü) və s. Monqolustanda bir müğənninin eyni zamanda ikisəsli oxumasının xüsusi növü mövcuddur. Monqolustanda professional musiqi sənəti 1924-cü ildə Monqolustan Xalq Respublikası qurulduqdan sonra yaranmış və inkişaf etmişdir. İlk musiqili dramlar dastançıların mahnı dialoqları əsasında yazılmışdır. Bəstəkarlardan S. Qonçiksumla, B. Damdinsuren, D. Luvsanşarav, L. Murdorj və başqa kantata, opera, balet, kamera və simfonik əsərlər müəllifi kimi tanınmışlar. Monqolustanda opera və balet teatrı, filarmoniya, simfonik orkestr, xalq mahnı və rəqs ansamblı və s. musiqi kollektivləri fəaliyyət göstərir. NiyaziRəşid Behbudov kimi bir sıra Azərbaycan musiqi xadimləri dəfələrlə Monqolustanda qastrolda olmuş, eləcə də peşəkar musiqiçilərin hazırlanmasına kömək etmişlər.[1]

İstinadlar

  1. Монголустан Халг Республикасы. Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 49.

Əlavə ədəbiyyat

Xarici keçidlər