Nəcəf

Nəcəf
النجف
32°01′44″ şm. e. 44°20′22″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 60 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 724.700 nəf. (2015)[1]
Xəritəni göstər/gizlə
Nəcəf xəritədə
Nəcəf
Nəcəf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcəf (ərəb. النجف‎) — İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir.

Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə Həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük günbəz tikilmiş və qala (Məşhəddi-Əli) ucaldılmışdır.

Nəcəf şiələrin böyük fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir. Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.[2]

Mənbə

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.93.

Xarici keçidlər