Nərimanov (elektrik deposu)

Nərimanov

1-ci xətt
2-ci xətt

Nərimanov elektrik deposunun görünüşü.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Açılma tarixi 1967
Vaqonların tipi 81-717/714;
81-760B/761B/763B,
81-765.B/766.B
Ən yaxın stansiya Bakmil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NərimanovBakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir.

Təsviri

Hal-hazırda Bakı metrosunun iki deposundan biridir. Depo metronun qırmızı və yaşıl xətlərinə xidmət edir. Bakı metrosunun birinci yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəttin ayrılması və Dərnəgüldə ikinci deponun inşası ilə[1] bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir.

İstifadə olunan vaqonlar

Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmçinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur. 3 tərkib 81-760B/761B/763B model vaqonlar isə 2016-cı ildə açılmış üçüncü xəttin istismarında istifadə edilir. Üstəlik 2 dəst 81–765. B/766. B modeli alınmışdır. 2018-ci ilin aprelindən 81–765. B/766. B modelindən bir dəst Qırmızı xəttə istifadə edilir.

Xarici keçidlər

metro.gov.az/az/ — Bakı Metropoliteninin rəsmi saytı

İstinadlar