Nart dastanı

Nart dastanı(adıq Нартхымэ акъыбарыхэ; Nartxıme aqıbarıxe; abxaz dili. Нарҭаа ражәабжьқәа; Nartaa raƶuabƶkua; qaraç.-balk. Нарт таурухла; Nart tawruxla; oset. Нарты кадджытæ; Nartı kadjıtæ; Narty kaddžytæ; çeç. Нарт Аьрштхой; Nart ärştxoý; Nart ärştxoj) — Şimali Qafqaz mənşəli nağıllar toplusu. Bu, bölgədəki qəbilələrin, o cümlədən abazin, abxaz, çərkəz, osetin, qaraçay-balkarçeçen-inquş folklorunun əsas mifologiyasını formalaşdırır.

Etimologiyası

"Nart" sözü "nar" sözünün osetin dilindəki cəm halı olan Nartæ sözündən gəlməktədir.[1] "Nar" sözü özü də Proto Hind-Avropa dillərinin alt qrupu Proto Hind-İran dilində (*h₂nḗr) "qəhrəman, kişi" mənasında işlənmişdir.[2] Çeçen dilində "nart" nəhəng deməkdir.

Personajlar

Dastandakı hekayələrdə önə çıxan qəhrəmanlardan bəziləri bunlardır:

  • Sosruko (ubıx, abxazadıge : sawsərəqʷa (Саусырыкъо); osetin : Soslan (Сослан)) — Hiyləgər kimi də peyda olan qəhrəman.
  • Batraz (oset: Батырадз) — Nartların lideri və ən böyük döyüşçüsü.
  • Satanaya (ubıx: satanaja; adıge: setenej (Сэтэнай); osetin: Satana (Сатана)) — Nartların anası, anaxaqan.
  • Tlepş (osetin: Kwyrdalægon (Куырдалæгон) — dəmirçi tanrısı.
  • Sırdon (osetin: Sırdon (Сырдон)) — Georges Dumezil tərəfindən Skandinav tanrısı Lokiyə bənzədilən hiyləgər qəhrəman.
  • Pxarmat (çeç. Пхьармат Pxarmat) — Vaynax inancına görə ölülər üçün tanrılardan alov oğurlayan dəmirçi.[3]
  • Dzerassae (oset. Дзерассæ) — Dəniz tanrısı Donbettırın qızı, bir çox Nart qəhrəmanının anası.

Öyrənilməsi və əhəmiyyəti

Materialın ilk yazılı halı kabardin müəllif Şora Beqmurzin Noqma tərəfindən ərsəyə gətirilmişdir. O, dastanı 1835–1843-cü illərdə rus dilində yazmış, 1861-ci ildə ölümündən sonra nəşr olunmuşdur. Dastan 1866-cı ildə Adolf Berje tərəfindən alman dilinə tərcümə edilmişdir.((Berge 1866)) O həm epik mahnılı, həm də yazılı nəsir halda mövcuddur.

Ümumiyyətlə, bütün Nart hekayələrinin skiflərdən, sarmatlardanalanlardan yaranan qədim bir İran nüvəsinə sahib olması məlumdur.[4] Bununla yanaşı, bunların içərisində çoxlu sayda, bəzən daha da arxaik bir keçmişi də əks etdirən böyük antik dövrün Şimali Qafqaz akkursiyaları var.[2]

Xüsusilə, osetin əfsanələrinə əsaslanaraq, dastanlar uzun müddət İran dilli qədim mədəniyyətlərin dünyasına açılan bir pəncərə olaraq dəyərləndirilmişdir. Misal üçün, filosof Georges Dumezil Proto Hind-Avropalıların oxşar şəkildə üç kastaya (döyüşçülər, keşişlər və adi şəxslər) bölündüyü 3 funksiyalı nəzəriyyəsini dəstəkləmək üçün Nartlardakı osetin bölgüsündə də bundan istifadə edərək onları 3 qəbiləyə bölmüşdür.

Dastanın Şimal-qərbi Qafqaz (Çərkəz,abxaz-abazinubıx) versiyaları da əhatə etdiyi arxaik nüanslar baxımından dəyərlidir və "düzgün anlaşıqlılıq səviyyəsinə gətirmək üçün yenidən üzərində işlənilən" osetin versiyasının əksinə, "qədim ənənə və inancların qəribə xırdalıqlarını" qoruyur.[2][4]

Digər mifologiyalarla olan əlaqəsi

Nart əfsanələrindəki bəzi motivlər Yunan mifologiyasında da nəzərə çarpır. Prometeyin Kazbek dağına və ya xüsusən də Elbrus dağına zəncirlənməsi hekayəsi Nart dastanındakı bir səhnəyə bənzəyir. Bu bənzər motivlər bəziləri tərəfindən Qafqaz xalqlarının qədim yunanlarla olan yaxınlıqlarının bir göstəricisi olaraq görülmüş, həmçinin, Kolxidanı müasir Gürcüstanın bir hissəsi olararaq qəbul edən Qızıl Dəri mifologiyasında da öz yerini tapmışdır.

İskiflərdən Kamelota kitabının yazıçıları C. Skot Litılton və Linda A. Malkora görə Artur əfsanələrinin bir çox cəhəti Nart dastanından götürülmüşdür. İddia edilən cəhətlərin əsas daşıyıcıları da Artur əfsanələri ortaya çıxarkən şimali Fransaya köç edən alanlardır. Tədqiqatçı Con Kolarussoya görə, gözlənildiyi kimi bu dastan paralellikləri əsasən Nart dastanının osetin versiyasında müşahidə edilir.[4]

Nart əfsanələri arasındakı fərqlər

Nart əfsanələrinin müxtəlif versiyaları arasında bəzi fərqlər var. Məsələn, osetin versiyalarında Nart tayfası bəzən bir-biri ilə rəqabət aparan üç fərqli qəbilədən ibarətdir: cəsur Æxsærtægkatæ (ən məşhur Nartların aid olduğu), varlı Borætæ və müdrik Alægatæ. Çərkəz versiyalarında belə bir bölgü təsvir edilmir. Sadəcə abxaz versiyaları Nartları Satanayanın yüz övladından ibarət vahid özək ailə kimi təsvir edir.[5] Yenə də bütün (əsasən) bu versiyalar Nartları "yaxşı" qəhrəmanların vahid bir qrupu kimi bizə çatdırır. Abxaz və osetin versiyaların əksinə, vaynax əfsanələri Nartları Koloy-Kant və Qinda-Şoa kimi yerli yaxşı qəhrəmanlara qarşı mübarizə aparan döyüşçü quldurlar kimi təsvir edir.[6]

Həmçinin bax

İstinadlar

  1. Abaev, V.I., redaktorИСТОРИКО-ЭТИМОЛОГИЧЕСКИЙ СЛОВАРЬ ОСЕТИНСКОГО ЯЗЫКА [Historical-Etymological Dictionary of Ossetian language] (russian), II (L-R), 1973, p.158-9 "Nartae, Nart", 2012-01-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15
  2. 1 2 3 Colarusso, 2002. səh. xxiv, 552
  3. Tsaroieva, 2005. səh. 199
  4. 1 2 3 Colarusso, 2002
  5. Tokarev, S.A., redaktorMify narodov mira [Myths of the World] (encyclopedia) (Russian), 2 (K-Ya), 1980, Narty
  6. Tsaroieva, 2005. səh. 215

Mənbə

  • Nogmov, Schora Bekmursin, Bergé, Adolf (redaktor), Die Sagen und Lieder des Tscherkessen-Volks [The legends and songs of the Circassian peoples] (german), 1866
  • Colarusso, John, redaktorNart Sagas from the Caucasus: Myths and Legends from the Circassians, Abazas, Abkhaz, and Ubykhs, 2002, ISBN 9781400865284
    • Also published as Nart Sagas: Ancient Myths and Legends of the Circassians and Abkhazians, 2002, ISBN 978-0-691-16914-9, with an introduction by Adrienne Mayor
  • Tsaroïeva, Mariel, Anciennes Croyances des Ingouches et des Tchetchenes [Old beliefs of the Ingush and Chechens] (French), 2005, ISBN 2-7068-1792-5

Ədəbiyyat

Çərkəz Nart əfsanələri
Osetin Nart əfsanələri
Abxaz Nart əfsanələri
Qaraçay-Balkar Nart əfsanələri
Çeçen-İnquş Nart əfsanələri
Qarışıq
  • "[Category: Causcasus]", Wanana sculun Frankon - Linguistics, History, Mythology and More (English), 2019-10-15 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15 , Causcasian folklore articles

Xarici keçidlər