Nokia N9

Nokia N9
Brend Nokia
İstehsalçı Nokia
Ölçüləri 116 x 61 x 8 mm
Çəkisi 135 qr
Operativ yaddaş 1 QB RAM
Yaddaş 16 QB
Ekran 480 x 854 pks, Sensorlu
Arxa kamera 8 meqapiksel

Nokia N9Nokia korporasiyası tərəfindən istehsal olunan mobil telefon.

Xarakteristika

Smartfonun 16 qiqabaytlıq versiyası qara və mavi korpuslarda, 64 qiqabaytlıq isə qara korpusda olacaq. Çəhrayı rəngli korpusda olan smartfonun satışa çıxarılma müddəti haqqında məlumat verilmir. Nokia N9 Nokianın Linux nüvəsinə əsaslanan MeeGo platformasında ilk smartfonudur. MeeGo hazırlamasında Nokia və İntel şirkətləri iştirak edib. Aparat 1 QHz takt tezlikli prosessor istifadə edir və 3,9 düym ekran, Wi-Fi və GPS modulları, NFC (Near Field Communication, yaxın radiuslu radio əlaqə) çipi ilə təchiz edilib.[1]

İstinadlar

  1. ""Nokia N9" smartfonunun qiyməti bəlli olub (Video)". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.

Xarici keçidlər