Nubiya

Nubiya — Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə.

Tarixi

Qədim misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. Ümumiyyətlə Şərqi Sudan xalqlarının tarixini MisirHəbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ e.ə. IV–III minilliklərdə Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər edirdilər. Bu qarətçi yürüşlər zamanı çoxlu qul, qızıl, qiymətli fil sümüyü əldə edirdilər. Həmçinin bu yürüşlər hesabına Misir öz cənub sərhədlərini genişləndirirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti, dili, yazısı, memarlığı yayılmışdır. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının böyük rolu olmuşdur. Ərəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi e.ə. I minilliyə aid olsa da eramızın I minilliyində bu proses güclənmişdir. Ərəblər Misiri ələ keçirdikdən sonra XIII–XVI əsrlərdə Nubiyada da, möhkəmlənmişdilər.

Həmçinin bax

İstinadlar