Numea sazişi

Numea sazişi
İmzalanma tarixi 5 may 1998
Tərəflər Lionel Jospen

Numea sazişi — 1998-ci ildə Yeni Kaledoniyanın müstəqilliyi tərəfdarları və əleyhdarları ilə Fransa hökuməti arasında imzalanmış müqavilədir. Müqavilə imzalandığı yerin - ərazinin paytaxtı, Numea şəhərinin adını daşıyır.

Tarixi

Yeni Kaledoniyanın yerli xalqı olan kanakların milli azadlıq mübarizəsinin zirvəsi 1980-ci illərə təsadüf etdi və həmin onilliyin sonunda Matinyon sazişləri imzalandı. Bu müqavilənin mətni on illik atəşkəsi nəzərdə tuturdu, bu müddət ərzində Yeni Kaledoniya Fransadan müstəqillik məsələsi tələbinini qaldırmamalı idi. On il sonra yeni bir müqavilə imzalanmalı idi və bu, Numea sazişi oldu. Sazişin mətni referenduma çıxarılıb və 71,86%-i seçiciin dəstəyini aldı.[1]

Məzmun

Müqavilənin şərtlərinə görə, əraziyə daha yüksək dərəcədə muxtariyyət verilirdi. Müqavilənin tələblərindən biri budur ki, Yeni Kaledoniya prezidenti loyalistdirsə və separatçıları dəstəkləmirsə, vitse-prezident müstəqillik tərəfdarı olmalıdır. Razılaşma Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı üç referendumun keçirilməsi imkanını özündə ehtiva edirdi ki, bunlardan birincisi 2018-ci ildə, ikincisi 2020-ci ildə, üçüncüsü isə 2021-ci ildə keçirilmişdir. Onların heç birində müstəqillik tərəfdarları səs çoxluğunu qazana bilməyiblər.

Tərəflər

Fransa Respublikası Hökuməti:

  • Lionel Jospen - Baş nazir;
  • Jan-Jak Keyrann dənizaşırı ərazilər üzrə dövlət katibi.

Respublika daxilində Kaledoniya uğrunda hərəkat:

  • Jak Lafler - Hərəkatın sədri, birinci çağırışın deputatı və Cənub Əyaləti Məclisinin sədri;
  • Pyer Froje - ikinci çağırışın deputatı və Cənub əyalətinin birinci vitse-prezidenti, Le Mont-Dore şəhərinin meri;
  • Simon Luekot – Yeni Kaledoniya senatoru və Uvea bələdiyyəsinin müavini;
  • Arold Marten - ərazi konqresinin prezidenti, Paita şəhərinin meri;
  • Jan Lek – Numea şəhərinin meri;
  • Bernar Deladrer – Cənub Əyaləti Assambleyasının prezidenti Jak Laflerin kabinetinin direktoru.

Kanak Sosialist Milli Azadlıq Cəbhəsi:

  • Rok Vamitan – Cəbhənin prezidenti;
  • Pol Neautin – Kanak Azadlıq Partiyası və müstəqillik uğrunda Milli Birliyin rəhbəri, Puandimie şəhərinin meri;
  • Çarl Pidjo – Kaledoniya İttifaqının üzvü;
  • Viktor Tyutyuqoro – Melaneziyanın Proqressiv İttifaqının nümayəndəsidir.

İstinadlar