OPZZ
Həmkarlar İttifaqı Polşa Birliyi və ya qısaca OPZZ (pol. Ogólnopolskie Porozumienie Związków Zawodowych) — Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatından biri.
Tarixi
24 noyabr 1984-cü ildə yaranmışdır.
Tərkibi
Təşkilatın 3 milyon üzvü var, bunların 500 mini təqaüdçüdür.
Fəaliyyəti
OPZZ "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır.
Beynəlxalq münasibətlər
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Həmçinin bax
Mənbə
- Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.05.2012. (az.)