Orhus
Şəhər | |||
Orhus | |||
---|---|---|---|
Aarhus | |||
|
|||
56°09′23″ şm. e. 10°12′35″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | VIII əsr | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 6 ± 1 m, 105 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 8000, 8100, 8200, 8210, 8220, 8229, 8230, 8240, 8245, 8250, 8260, 8270 | ||
Digər | |||
aarhus.dk | |||
Vikianbarda əlaqəli mediafayllar |
Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri.
Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür.
Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir.
Adı
Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı. Bu, ār ("çay") və ōss ("ağız", müasir İslandlar bu sözü "çay deltası" kimi istifadə edir) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ad, şəhərin Aarhus çayının deltasında yerləşməsindən gəlir.
Şəhər XIX əsrdə
19-cu əsrdə, şəhər Kopenhagen və Hamburqa nisbətən daha çox müstəqillik əldə etdi. 19-cu əsrin əvvəllərində Yutlandiyada üçüncü böyük şəhər idi. Əhalisi 1840-cı ildə Randers şəhərinin və 1850-ci ildə Aalborq şəhərinin əhali sayını ötür və beləliklə, Yutlandiyada ən böyük şəhər və Danimarkada ikinci böyük şəhər olmuşdur.
Təhsil
Şəhərdə Orhus Universiteti, Orhus Texniki Kolleci, Jurnalistika məktəbi, Orhus Musiqi Akademiyası, VIA Universitet kolleci, Orhus memarlıq məktəbi, KaosPilots və bir çox başqa ali, orta məktəb, təhsil mərkəzi yerləşir. Ali təhsilin bir çox sahələrində də təhsil almaq mümkündür: mühəndislik və həkimlikdən dil və texnologiyaya qədər.
2012-ci il 1 yanvar tarixinə Orhus Universiteti Danimarkada ən böyük universitet hesab edilirdi. Universitetdə təxminən 41500 bakalavr və 1500-ə yaxın magistr təhsil alır. Orhus Universitetinin adı dünyanın "100 ən yaxşı universiteti" siyahısında yer alır.
İstinadlar
- ↑ 1,0 1,1 archINFORM (alm.). 1994.
Xarici keçidlər
- ARoS rəsmi saytı
- Şəhərin rəsmi saytı Arxivləşdirilib 2005-02-07 at the Wayback Machine
- Århus Universiteti