Oturaq siniri (lat.N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış sinirilat.nştibialis və ümumi incik sinirinəlat.nş peroneus (fibularis) communis bölünür.
yuxarı sağrı siniri • aşağı sağrı siniri • cinsiyyət siniri • armudu əzələ siniri • daxili qapayıcı sinir • budun dördkünc əzələ siniri • budun dal dəri siniri