Overlord əməliyyatı

Overlord əməliyyatı
İkinci dünya müharibəsində Qərb cəbhəsi
Tarix 6 iyun – 30 avqust 1944
Yeri Şimali Fransa
Nəticəsi Antihitler koalisiyası qələbə qazandı
Münaqişə tərəfləri

Antihitler koalisiyası ABŞ ABŞ
 Böyük Britaniya
Kanada
Azad Fransa
Polşa Polşa qoşunları[1]
Fransa Müqavimət Hərəkatı
Avstraliya Avstraliya
Belçika Azad Belçika Qüvvələri
Çexoslovakiya Azad Çexoslovak Qüvvələri[2]
Azad Yunan Qüvvələri
Lüksemburq Azad Lüksemburq Qüvvələri
Niderland Azad Niderland Qüvvələri
Yeni Zelandiya Yeni Zelandiya[3]
Norveç Azad Norveç Qüvvələri[1]
Danimarka Danimarkalı dənizçilər

Almaniya

Komandan(lar)

ABŞ Dvayt Eyzenhaver
Böyük Britaniya Artur Tedder
Böyük Britaniya Bernard Montqomeri
Böyük Britaniya Trafford Li-Mellori
Böyük Britaniya Bertram Ramsey

Üçüncü Reyx Gerd fon Rudştedt
Üçüncü Reyx Ervin Rommel

Tərəflərin qüvvəsi

1,452,000 nəfər (25 iyula qədər)
2,052,299 nəfər (avqustun sonlarına qədər)[4]

380,000 nəfər (23 iyula qədər)[5]
640,000 nəfər (ümumi)[6]
2200 – 2500 tank və digər hücum silahları[7]

İtkilər

226,386 nəfər[8]
4101 döyüş aviasiyası[8]
4000 tank[9]

288,695 – 530,000 nəfər[10]
2127 döyüş aviasiyası[11]
1500 – 2400 tank və digər hücum silahları[7]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Overlord əməliyyatı İkinci dünya müharibəsi ərzində Antihitler koalisiyası tərəfindən almanların işğalı altında olan Qərbi Avropa ərazilərinin geri qaytarılması məqsədilə həyata keçirilmiş hücum əməliyyatıdır. Əməliyyat 6 iyun 1944-cü il tarixində başlamışdır. 6 iyunda 160,000 nəfərə yaxın qoşun hissələri La-Manşı keçmiş, bununla da Fransada yerləşən müttəfiq qoşunlarının sayı iki milyona çatmışdır.

Bu hücum əməliyyatını həyata keçirmək barədə razılıq 1943-cü ilin may ayında ABŞ-nin Vaşinqton şəhərində baş tutmuş konfrans zamanı əldə olunmuşdur. General Dvayt Eyzenhaver döyüş əməliyyatına cəlb edilmiş müttəfiq qoşunların Baş Qərargah rəisi, ingilis general Bernard Montqomeri isə 21-ci Ordu Qrupunun komandiri vəzifəsinə təyin olunmuşdu. Əsas hücum mövqeyi Normandiya sahilləri olaraq müəyyən edilmişdi. Hücumun başlamasına hələ bir neçə ay qalmışdan etibarən müttəfiqlər aldadıcı hərbi manevrlərdən istifadə etməyə başladılar. Bu, həm elektronik, həm də vizual dezinformasiya xarakteri daşıyırdı. Bu cür aldadıcı manevrlər nəticəsində almanlar hücumun hansı istiqamətdən və nə vaxt başlayacağını təxmin etməyə çətinlik çəkirdi. Hücumun başlayacağını təxmin edən Adolf Hitler general-feldmarşal Ervin Rommeli bütün "Atlantik divarı" boyunca müdafiə-istehkam işlərinin aparılmasına rəhbər təyin etmişdi.

Müttəfiqlər hücumun ilk günündə öz məqsədlərinə nail ola bilmədilər, lakin 26 iyunda Şerburq-Oktevil limanını və 21 iyulda isə Kann şəhərini ələ keçirməyə nail oldular. 8 avqust tarixində almanlar əks-hücuma cəhd etsə də, bu cəhd uğursuzluqla nəticələndi. Bu əks-həmlə zamanı alman 7-ci Ordusunun 50 min nəfərə yaxın şəxsi heyəti Falez şəhəri yaxınlığında müttəfiqlərin mühasirəsinə düşdü və ciddi itkilərə məruz qaldı. 30 avqust 1944-cü ildə alman qoşunlarının Sen çayı üzərindən geri çəkilməsi ilə birlikdə Overlord əməliyyatı da uğurla başa çatdırıldı.

Həmçinin bax

İstinadlar

  1. 1 2 Beevor, 2009. səh. 82
  2. Beevor, 2009. səh. 492
  3. Beevor, 2009. səh. 76
  4. Badsey, 1990. səh. 85
  5. Zetterling, 2000. səh. 32
  6. Zetterling, 2000. səh. 34
  7. 1 2 Wilmot, 1997. səh. 434
  8. 1 2 Tamelander, Zetterling, 2003. səh. 341
  9. Tamelander, Zetterling, 2003. səh. 342
  10. Giangreco, Moore və Polmar, 2004. səh. 252
  11. Tamelander, Zetterling, 2003. səh. 342–343

Ədəbiyyat