Paqanizm
Bütpərəstlik – təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır.
Etimologiya
Azərbaycan dilində bütpərəstlik sözü həm bütlərə sitayiş mənasında,[1] həm də bir sıra qeyri-ibrahimi din (animizm, fetişizm, totemizm, şamanizm və s.) üçün işlənilir. Bu fars mənşəli sözdür.[2]
Paqanizm sözü intibah dövründə latın dilində işlənilən paganus sözündən gəlir. Bu söz isə, daha qədim klassik latıncadakı pagus ("işarələrlə ayrılmış bölgə") sözündən gəlir. Paganus həmçinin "kəndli" və ya "savadsız" mənasında, Romanın hərbi jarqonuda isə "qeyri-döyüşçü", "mülki şəxs" və "bacarıqsız əsgər" mənasında işlənilirdi. O, pangere və Proto-Hind-Avropa dilindəki pag- ("düzəltmək") ilə bağlıdır.[3]
Paganus sözü ancaq IV əsrin ortasından dini mənada işlənməyə başlamışdır.[4]
Tarix
Neopaqanizm
Mənbə
- Dinlərin tarixi Arxivləşdirilib 2016-11-05 at the Wayback Machine
İstinadlar
- ↑ [1]
- ↑ [2]
- ↑ Harper, Douglas. "pagan (n.)". The Online Etymology Dictionary. İstifadə tarixi: 18 July 2013.
- ↑ Cameron, Alan G. The Last Pagans of Rome. New York: Oxford University Press. 2011. ISBN 978-0-19-978091-4. OCLC 553365192.