Peçeneqlər
Peçeneqlər بَجَنَكْ | |
---|---|
| |
Sayları və yaşadığı ərazilər | |
Dili | pəçənək (tarixi) |
Dini |
Xristianlıq və Tenqriçilik (tarixi) İslam (sonrakı) |
Mənşəyi | Oğuz (Türk) |
Vikianbarda əlaqəli mediafayllar |
Xanlıq | |
Peçeneqlər | |
---|---|
|
|
|
|
Rəsmi dilləri | Pəçənək dili |
Dövlət dini | Xristianlıq və Tenqriçilik , İslam |
İdarəetmə forması | Mütləq monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Peçeneqlər (q.türk Becěnek, q.yun. Πετσενέγοι, və ya q.yun. Πατζινάϰαι, lat. Pacinac, q.rus печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır.
Tarixi
Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar.
Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular. 915-ci ildə başlayan və 1036-cı ilə qədər davam edən rus- peçeneq müharibələri, ruslara ağır itkilər verdi. Peçeneqlər Xəzər dənizi sahilində olan macar türklərinə də təzyiqlər edirdilər. Onların təzyiqi nəticəsində macarlar Orta Avropaya köç etdilər.
Peçeneqlər 1048-ci ildə Tunayı keçərək Bizansa axına başladılar. Peçeneqlər Boğazı atlarıyla keçən yeganə xalqdır.1050-ci ildə Ədirnəni mühasirəyə alan peçeneqlər, 1053-cü ildə Bizansı ağır məğlubiyyətə uğratdılar. 1090-cı ildə Böyük Siyirtməyə qədər gəldilər. Bu dövrdə bizanslılar qərbdə peçeneq türkləri, Anadoludan Səlcuq türkləri, İzmir və ətrafında isə Çaka Bəy ilə döyüşmək məcburiyyətində idilər.
Peçeneqlərin Konstantinopulu almaq istəyən Çaxa bəy ilə razılaşmaları olur. Peçeneqlər qurudan, Çaka bəy isə dənizdən İstanbulu mühasirəyə almalı idi. Bizans bu təhlükədən özünü başqa bir türk soyu, qıpçaqların köməyilə xilas etdi. Oğuzlardan sonra Balkanlara gəlmiş olan qıpçaqlarla razılaşan Bizans, Meriç (1091 — Meriç döyüşü) sahilində iki köçəri gücü bir-birinə qarşı qoydu. Nəticədə peçeneqlər ağır məğlubiyyətə uğradılar. Bu hadisədən sonra peçeneqlərin bir qismi Macarıstana çəkilərək macarlara qarışdı. Bir qismi də Vardar çayı boyunca yerləşdilər və slavyanlaşdılar. Bir qisimi də bizanslılar tərəfindən əsir alınaraq, qıpçaqlarla birlikdə Anadoluya, səlcuqlara qarşı yerləşdirildi. Bu gün də məlumdur ki, bir çoxu ənənəsini davam etdirən peçeneqlər hələ də Mərmərə, Qərbi Qara dəniz, Orta Qara dəniz və İç Anadolunun müxtəlif yerlərində yaşayırlar[2][3][4][5][6][7][8][9][10][11][12][13][14][15][16][17] . Qərbi Anadoluda yaşamış Qızıl bəg (1184-(?)) Peçenek bəyidir.[18]
İctimai quruluşu
Peçeneqlər 8 tayfadan ibarət idilər. Hər tayfanın tərkibində isə 5 nəsil var idi. Bu tayfaların içərisində kəngərlilər xüsusilə seçilirdilər. Antik müəlliflərin yazdıqlarına görə, kəngərlilər hələ eradan əvvəl Azərbaycan ərazisində məskunlaşmışdılar. Bu mənbələrdən biri e.ə. II əsrdə indiki Şamaxı şəhərinin yaxınlığında Kanqar şəhərinin olduğunu qeyd edir. Peçeneqlərin ilk dövləti olan Kanqlının birinci xanı olmuş Qorqud da Kəngərli tayfasından idi. Azərbaycanın müxtəlif yerlərində kəngərlərlə bağlı çoxlu yaşayış yerləri vardır. Azərbaycanın məşhur ictimai-siyasi və mədəniyyət xadimləri arasında Kəngərli soyundan olan xeyli nümayəndələr vardır.
Hakimiyyətin başında Xan dururdu. Xan vəfat etdikdə hakimiyyət onun oğluna deyil, qardaşının oğluna verilirdi. Peçeneqlər mühüm məsələləri bütün nəsillərin ağsaqqallarının iştirak etdikləri gənəşdə (gənəşmək — qədim türk dilində məsləhətləşmək deməkdir) həll edirdilər.
Bəzən peçeneqlər gürcülərin müttəfiqləri kimi də çıxış edirdilər. Belə ki, mənbələr ermənilərlə mübarizədə Buzuk və Ambuzuk adlı iki qardaşın gürcülərə kömək etdiklərini xüsusi qeyd edirlər.[19]
Mənbə
- Azərbaycan Tarix Portalı: Altay Məmmədov-Kəngərlər.-Bakı: Azərnəşr, 1996.- 131 səh.
- История Туркменистана и туркмен :Печенеги
İstinadlar
- ↑ [1] Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine A HISTORICAL AND SEMANTICAL STUDY OF TURKMENS AND TURKMEN TRIBES, Bilkent University
- ↑ "Bizans Ordusunda Ücretli Türk Askerler (XI.-XII. Yüzyıllar)", Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi, S. 25, 2009, s. 53–69.
- ↑ "Batı Anadolu’daki Türk Yayılışına Karşı Bizans İmparatorluğu’nun Kuman-Alan Topluluklarını Balkanlardan Anadolu’ya Nakletmesi", Belleten, C. LXXVI., S. 267., 2012 Ağustos, s. 403–418.
- ↑ "IV. Haçlı Seferi’nin Ardından Batı Anadolu’da Mücadele Eden İki Rakip: İstanbul Latin Krallığı ve İznik İmparatorluğu", Cihannüma Tarih ve Coğrafya Araştırmaları Dergisi, S.1., Temmuz, 2015, s. 9–25.
- ↑ The Late Byzantine Army Arms and Society 1204–1453, University of Pennsylvania Press, Philedelphia, 1992.
- ↑ BASKICI, M. Murat, Bizans Döneminde Anadolu İktisadi ve Sosyal Yapı (900–1261), 2. Baskı, Phoneix Yayınevi, Ankara, 2009.
- ↑ BELDİCEANU-STEİNHERR, Irene, "Bitinya’da Gayrimüslim Nüfus (14. Yüzyılın ikinci yarısı- 15. Yüzyılın ilk yarısı)", Osmanlı Beyliği 1300–1389, ed. Elizabeth A. Zacharıadou, çev. Gül Çağalı Güven, İsmail Yergun, Tülin Altınova, 2. Baskı, Tarih Vakfı Yurt Yayınları, İstanbul, 1997, s. 8–22.
- ↑ GOLUBOVSKİY, P. V., Peçenegi, Torki i Polovtsı Rus i Step Do Naşestviya Tatar, Veçe, Moskva, 2011.
- ↑ Bizans’ın Son Yüzyılları 1261–1453, çev. Bilge Umar, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul, 2016.
- ↑ ÖZTÜRK, Meriç T., The Provıncıal Arıstocracy In Byzantine Asia Minor (1081–1261), Boğaziçi Üniversitesi, Yayınlanmamış Yüksek Lisans Tezi, İstanbul, 2013.
- ↑ VASARY, Istvan, Kumanlar ve Tatarlar Osmanlı Öncesi Balkanlar’da Doğulu Askerler (1185–1365), 2. Baskı, çev. Ali Cevat Akkoyunlu, Yapı Kredi Yayınları, İstanbul, 2015.
- ↑ WOLF, Robert Lee, "The Latın Empire Of Constantinople 1204–1261", A History Of The Crusaders, Volume II Later Crusades (1189–1311), General ed. Kenneth M. Setton, ed. By. Robert Lee Wolf and Harry W. Hazard, The Unıversıty Of Wısconsın Press, Madıson, Milwaukee and London, 1969, s. 187–233.
- ↑ "A Broken Miror: The Kıpçak World In The Thırteenth Century", The Other Europe ın the Middle Ages, Avars, Bulgars, Khazars and Cumans, ed. By. Florin Curta, Roman Kovalev, Brill, Leiden-Boston, 2008, s. 379–412.
- ↑ KEÇİŞ, Murat, "XIII.-XIV. Yüzyıl Bizans ve İslam Kaynaklarına Göre Kuzeybatı Anadolu Yol Ağları", Belleten, C. LXXVII, S. 280, 2013, Ankara, s. 849–874.
- ↑ "Arxivlənmiş surət". 2018-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ https://dergipark.org.tr/tr/download/article-file/324074 (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ "Arxivlənmiş surət". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ Peçeneqlərin ictimai quruluşu [ölü keçid]