Popillia japonica

Popillia japonica
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Popillia japonica
Beynəlxalq elmi adı

Popillia japonicalövhəbığların böcək növü. Onlar əsasən Şimali Amerika və bəzi Avropa bölgələrində təxminən 300 bitki növünə zərər verən ciddi zərərvericidir. Yaponiyada təbii düşmənlərinin mövcudluğu səbəbindən zərərverici sayılmır. Bu bitkilərə gül kolları, üzüm, kannalar, qarağac və başqa bir çox bitki növü daxildir. Yetkin böcəklər bitkilərin yarpaqlarını yeyərək və bəzən meyvələri ilə qidalanaraq zərər verir. Lavralar isə yerin altındakı otların köklərini yeyir.[1]

Xüsusiyyətləri

Yetkin "Popillia japonica" uzunluğu 15 mm, eni 10 mm olub, parlaq mis rəngində gövdəyə və yaşıl başa sahibdir. Hər iki tərəfdən qanad örtükləri altından ağ ləkələr müşahidə olunur. Erkəklər dişilərdən bir qədər kiçikdir. Larvalar ağ rəngdədir və bükülmüş mövqelərdə yerləşir. Yetkin larvanın uzunluğu təxminən 2,5 sm olur. "Popillia japonica" larva dövründə yerin altındakı bitki köklərini yeyir, yetkin böcəklər isə bitkilərin yarpaqları və gövdələri ilə qidalanır. "Popillia japonica" yumurtalarını tək və ya kiçik qruplar halında torpaq səthinə yaxın yerlərə qoyur. Təxminən iki həftə ərzində yumurtalar çıxır və lavralar incə köklər və digər üzvi materiallarla qidalanır. Lavralar böyüdükcə, c şəkilli qruplar olur və daha kobud kökləri yeyir. Bu mərhələdə, otlaq sahələrində kütləvi məhv olma baş verir. Lavralar torpaqda kiçik hücrələrdə qışlayır, yazda torpaq temperaturu artdıqda yenidən çıxırlar. Hibernasiya pozulduqdan sonra 4-6 həftə ərzində larvalar pupaya keçir.[2][3]

Tarixi

"Popillia japonica" ABŞ-də ilk dəfə 1916-cı ildə Nyu-Cersi yaxınlığındakı bir bağçada qeydə alınmışdır. Böcək larvalarının 1912-ci ildən əvvəl iris soğanları ilə birlikdə ABŞ-yə gətirildiyi düşünülür. 2015-ci il tarixinə qədər, yalnız ABŞ-nin 9 qərb ştatı "Popillia japonica" ilə tanış olmamışdı. Böcəklər 1940-cı illərdən etibarən ABŞ-ın qərb sahilindəki hava limanlarında aşkar edilmişdir. 2020-ci ildə Vaşinqton ştatında üç ədəd tapıldı, amma 2021-ci ilin iyun ayının sonlarından 3 sentyabr tarixinə qədər yalnız "Grandview"də 20,000-dən çox böcək aşkar edilmişdir.[4][5]

Kanadada ilk "Popillia japonica" 1939-cu ildə Yeni Şotlandiyanın Yarmut bölgəsinə turistlər tərəfindən Mendən gəmi ilə gətirilmişdir. Həmin il ərzində əlavə üç yetkin böcək Yarmout və Cənubi Kvebekdəki Laçolle bölgələrində tapıldı. "Popillia japonica" 1970-ci illərdə Azor adalarında tapılmışdır. 2014-cü ildə Avropa qitəsində ilk populyasiya İtaliyanın Milan yaxınlığında aşkar edilmişdir. 2017-ci ildə zərərverici İsveçrənin Tikino bölgəsində aşkar edilib. 2023-cü ildə isə İsveçrənin Zürix şəhəri yaxınlığındakı Kloten bölgəsində Alp Dağlarının şimalında ilk dəfə "Popillia japonica" populyasiyası aşkar edilmişdir.[6][7][8][9]

Mübarizə

Zərərverici təbiətləri səbəbindən "Popillia japonica" onu hədəf alan xüsusi tələlər icad edilmişdir. Bu tələlərə çiçək qoxusu və feromon tökülərək cəlb edilən böcəklər toplanıb məhv edilir, lakin Kentukki Universiteti və Şərqi İllinoys Universitetində aparılan araşdırmalar göstərir ki, tələlərə cəlb olunan böcəklər tez-tez tələyə düşmür, əksinə, yaxınlıqdakı bitkilərə qonur və uçuş yolunda daha çox zərər verirlər.[10]

Lavra mərhələsində "Popillia japonica" çəmənliklərdə və digər otlu ərazilərdə yaşayır və burada otların köklərini yeyir. Bu mərhələdə, "süd küpəsi xəstəliyi" adlanan ölümcül xəstəliyə yoluxma halları çox olur. Bu xəstəlik "Paenibacillus popilliae" adlı bir bakteriya tərəfindən yaranır. Alimlər bu xəstəliyi süni şəkildə yayaraq larvaların məhvini sürətləndirməyi bacarmışlar.[11][12]

İstinadlar

  1. "Japanese beetle – Popillia japonica". entnemdept.ufl.edu. İstifadə tarixi: 2023-03-14.
  2. "Managing the Japanese Beetle: A Homeowner' s Handbook" (PDF). www.aphis.usda.gov. United States Department of Agriculture Animal and Plant Health Inspection Service. 14 March 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 Jan 2023.
  3. M.F. Potter; D.A. Potter; L.H. Townsend. "Japanese Beetles in the Urban Landscape". University of Kentucky, College of Agriculture. January 2006. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-08.
  4. "Japanese Beetle Ravages". Reading Eagle. 22 July 1923. səh. 26. 6 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.
  5. "Japanese beetle count passes 20,000". WSDA AgBriefs. 3 September 2021. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-16.
  6. "First report of Popillia japonica in Italy". EPPO. 29 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.
  7. "Popillia japonica Newman, 1841" (PDF) (italyan). Assessorato Agricoltura, Caccia e Pesca, Regione Piemonte. 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.
  8. "First report of Popillia japonica in Switzerland". EPPO. 2017. 20 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2018.
  9. "Invasive Art - Japankäfer in Kloten entdeckt: Kanton will Schädling tilgen". Schweizer Radio und Fernsehen (SRF) (alman). 2023-07-25. İstifadə tarixi: 2023-07-25.
  10. Paul V. Switzer; Patrick C. Enstrom; Carissa A. Schoenick. "Behavioral Explanations Underlying the Lack of Trap Effectiveness for Small-Scale Management of Japanese Beetles". Journal of Economic Entomology. 102 (3). 2009: 934–940. doi:10.1603/029.102.0311. PMID 19610405. 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  11. Lalancette, Norman; Belding, Robert D; Shearer, Peter W; Frecon, Jerome L; Tietjen, William H. "Evaluation of hydrophobic and hydrophilic kaolin particle films for peach crop, arthropod and disease management". Pest Management Science. 61 (1). 2005: 25–39. doi:10.1002/ps.943. ISSN 1526-498X. PMID 15593071.
  12. "Japanese beetle control methods". Landscape America. Ohio City Productions, Inc. 28 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.