Portal:Tibb
redaktə
"Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".
redaktə
Seçilən məqalə![]() Anesteziologiya(yunan. ἀν-an (inkar), yunan. αἴσϑησις- hisiyyat, lat. logos- elm) keyləşdirmə, ağrısızlaşdırma mexanizm, üsul və metodlarını öyrənən, tətbiq edən tibb sahəsi. Hesab edirlər ki, yunan filosofu Dioskorid ilk dəfə b.e.ə. I əsrdə mandraqorun narkotik təsirini təsvir etmək üçün anesteziya terminindən istifadə etmişdir. 1721 ci ildə universal etmioloji ingilis lüğətində (ing. Bailey`s) anesteziya "hissiyat qüsuru", Britaniya ensiklopediyasında (1771) "hissiyatdan məhrum olma" kimi göstərilir. Cərrahi əməliyyatların aparılmasına imkan verən yuxuya bənzər hal haqqındakı Oliver Uendel Holmsın (ing. Oliver Wendell Holmes) fikirləri bu sahəni elm kimi öyrənməyə və onu anesteziologiya termini ilə adlandırmağa səbəb olmuşdur. Müasir anesteziologiya elmini öz tədqiqat və tətbiqat dairəsini dahada genişləndirmişdir. 1989 cu ildə Amerika Anesteziologiya Şurası (ing. American Board of Anesthesiology) bu sahə üzrə mütəxəssislərin hazırlanması və onların sertifikatlandırılmasını irəli sürür. Bu ixtisas digər tibbi (cərrahiyyə, daxili xəstəliklər, pediatriya, akuşerlik, kliniki farmakologiya, fiziologiya, patologiya, biotibbi taxnalogizalar) ixtisas biliklərini özündə cəmləşdirərək, dərin bilik tələb etdiyinə görə unikallığı ilə seçilir.
redaktə
Seçilən şəkil
redaktə
Dərman bitkiləriƏkin keşnişi — çətirçiçəklilər fəsiləsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara mənsubdur. Çiçək tacı çəhrayı rəngdədir. Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir Ģəklində gövdəsinin baĢında yerləĢir. Çiçəkləri ilk önсə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur.
redaktə
Dərmanlar![]() Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur
redaktə
Bilirsinizmi
redaktə
Tibbin şöbələri
redaktə
Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar
redaktə
Hippokrat andı
redaktə
Təqvim
redaktə
Mərhəmət![]() ![]() 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
redaktə
Kateqoriyalar
redaktə
Əlaqəli portallar
|