Putracaya (Putrajaya: putra — şahzadə, jaya — şərəfli) — Malayziyanın yeni inzibati mərkəzi. Paytaxt Kuala-Lumpurdan 20 km cənubda yerləşir. Əsası 19 oktyabr 1995-ci ildə qoyulub. 1999-cu ildən Baş Nazirin və hökumətin iqamətgahı burada yerləşir. Şəhər Malayziyanın birinci baş naziri Tunku Əbdül Rəhman Putranın şərəfinə adlandırılıb.