Qaraçöhrə
Qaraçöhrə | |
---|---|
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Qaraçöhrə |
|
Beynəlxalq elmi adı | |
Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi.
Botaniki xarakteristikası
Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Dişicikli qoza təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir.
Azərbaycanda yayılması
BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər (d.s.y.1900 m).
Yaşayış mühiti
Qaranlıq meşələrdə qarışıq formada rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
Dekorativ bitkidir.Yarpaqlarından xalq təbabətində dərman kimi istifadə edilir. Oduncağı bir çox məmulatların (xarrat, çilingər, mebel və s.) hazırlanması üçün yüksək qiymətləndirilir.
Sinonimləri
Heterotipik sinonimləri
- Verataxus J.Nelson
Növləri
- Giləmeyvəli qaraçöhrə (Taxus baccata L.)
- Qısayarpaq qaraçöhrə (Taxus brevifolia Nutt.)
- Taxus calcicola L.M.Gao & Mich.Möller
- Kanada qaraçöhrəsi (Taxus canadensis Marshall)
- Çin qaraçöhrəsi (Taxus chinensis (Pilg.) Rehder)
- Taxus contorta Griff.
- İtiuclu qaraçöhrə (Taxus cuspidata Siebold & Zucc.)
- Florida qaraçöhrəsi (Taxus floridana Nutt. ex Chapm.)
- Taxus florinii Spjut
- Taxus globosa Schltdl.
- Taxus mairei (Lemée & H.Lév.) S.Y.Hu
- Taxus wallichiana (Taxus wallichiana Zucc.)
İstinadlar
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 462. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.