Qarabaldır (Oğuz)
Qarabaldır | |
---|---|
40°58′54″ şm. e. 47°26′09″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Oğuz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 575 nəfər |
Qarabaldır — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşir.
Etimologiyası
Qarabaldır etnik toponimdir. Azərbaycan xalqının etnogenizində iştirak etmiş qədim türk tayfalarından birinin adı q a r a b a l d ı r olmuşdur[1]. “Qarabaldır” toponimi – iki hissədən ibarətdir: “qara” və “baldır”. “Qara”–böyük, güclü, qüvvətli, “Baldır” – "çıxıntı" sözlərindən yaranıb "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alınaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və sair kimi, sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur.
Tarixi
Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropol (e.ə IV-I əsrlər), Molla qoruğu (e. I-IV əsrləri) var.
1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Qarabaldır kəndində 55 təsərrüfatda 226 nəfər əhali yaşayırdı ki, onların da 120 nəfərini kişilər, 106 nəfərini isə qadınlar təşkil edirdi.[2]
Əhalinin məşğuliyyəti
Kəndin əhalisi 575 nəfərdir (01 yanvar 2017-ci il). Əhali əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.Dəniz səviyyəsindən hündürlüyü 380 metrdir. .
Mənbə
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.
Həmçinin bax
Xarici keçidlər
- http://www.municipality.az/?year=2009&month=04&cstart=14[ölü keçid]
- Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti