Qazaxıstan Dəmir Yolları

Qazaxıstan Dəmir Yolları
Қазақстан Темір Жолы
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye nəqliyyat
Təsis tarixi 15 mart 2002
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 146.000 nəf.
railways.kz/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Qazaxıstan Dəmir Yolları» (QDY; qaz. Қазақстан темір жолы) — Qazaxıstanın magistral dəmir yolu şəbəkəsinin ən böyük operatoru. Tam adı - "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti "Səhmdar Cəmiyyəti"[1][2]. Qazaxıstan Dəmir YollarınIn əsas ofisi Qazaxıstanın paytaxtı Astanadadır.

Sahibləri və maliyyə vəziyyəti

Yeganə səhmdar

Şirkətin yeganə səhmdarı Samruk-Kazına Milli Fondudur. Səhmlərinin 100%-i Qazaxıstan Respublikası Hökuməti tərəfindən nəzarət olunur (Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi vasitəsilə).

Maliyyə vəziyyəti

31 dekabr 2016-cı il tarixinə QDY kreditorlara olan ümumi borcu 1.239.679.774.000 tengə (ekvivalenti 3.6 milyard dollar) təşkil etmişdir. Kredit və digər öhdəliklərə xidmət göstərmək sərnişin daşınmasından əldə olunan gəlirləri üstələyir[3][4]. 2015-ci ilin avqustunda baş verən devalvasiyadan əvvəl borcun miqdarı 6 milyard dolları keçib[5][6]. Təqaüd fondları pensiya yığımları səbəbindən Qazaxıstan Dəmir Yollarının borclarının ödənilməsi variantlarını da nəzərdən keçirir[7]

Layihələri

2011-ci ilin fevral ayında Pekində, Qazaxıstan Dəmir Yolları ilə Çin Xalq Respublikasının Dəmir Yolları Nazirliyi arasında, ölkədə ilk, Orta Asiyada (Özbəkistandan sonra) ikinci, MDB-də (Rusiyadan sonra) üçüncü yüksək sürətli dəmir yolunun (HSR) inşası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanır. Astana-Almatı yüksək sürətli dəmir yolu Talqo qatarları ilə təmin olunacaqdır. Dəmir yolunun uzunluğul 1011 km olacaqdır Planlaşdırılan qatarın sürəti saatda 250 km, səyahət müddəti 5 saatdır. Xəttin inşası 2014-cü ilə planlaşdırılıb, texniki-iqtisadi əsaslandırma üzərində iş aparılır.

Qazaxıstan Astanadan Urala və Rusiyanın mərkəzi hissələrinə, uzunmüddətli perspektivdə isə Avropaya gedəcək beynəlxalq Avrasiya sürətli Pekin-Moskva şəbəkəsinin qurulmasında iştirak edəcəkdir.

Maraqlı fakt

  • Qazaxıstan Dəmir Yolları Qazaxıstanın ən böyük şirkətidir: ölkə əhalisinin təxminən 1% -i dəmir yolu sənayesində çalışır.
  • 1958-ci ildə qurulmuş, uzunluğu 11 min km-dən çox olan Qazaxıstan dəmir yolu SSRİ-də ən böyük idi.
  • Qazaxıstanın ən uzun qatar yolu Almatı-Manqışlakdır (3269 km, səyahət müddəti 70 saat 13 dəqiqə).
  • 20 fevral 1986-cı ildə Qazax SSR-də dünya rekordu qoyulur: Selinn Dəmir Yolunda ümumi çəkisi 43,4 min ton və uzunluğu 6,5 km olan 440 vaqonu aparan lokomativ xəttə olur.
  • Şirkət Astana futbol klubunun[8] və "Barıs" hokkey klubunun sponsorudur[9].

8 Qazaxıstan Dəmir Yollarının 40 mərtəbəli 174 metrlik baş ofisi Astana, QazaxıstanOrta Asiyadakı ən hündür binalardan biridir.

İstinadlar

  1. Устав акционерного общества «Национальная компания „Қазақстан темір жолы“» Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (rus.)  (Yoxlanılıb 4 may 2011)
  2. Согласно уставу общества официальное наименование на русском языке — АО «Национальная компания „Қазақстан темір жолы“».
  3. "Отчёт по сокращённой промежуточной консолидированной финансовой отчётности от 31.03.2017" (PDF). 2019-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-17.
  4. "Arxivlənmiş surət" (PDF). 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-17.
  5. "Долги КТЖ перед кредиторами достигли 6 млрд долларов". Портал NUR.KZ. 2015-03-17. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  6. "Долг КТЖ — почти 6 миллиардов долларов". Новостной проект «365 Info». 19 марта 2015. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  7. "200 млрд тенге из пенсионного фонда пойдут на долги КТЖ — эксперты — новости на Informburo.kz". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  8. "Генеральный спонсор". 2012-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  9. "Официальный сайт Хоккейного клуба «Барыс» Астана — Барыс". Archived from the original on 2012-05-04. İstifadə tarixi: 2020-05-17.