Qroningen FK
![]() | |||
---|---|---|---|
![]() | |||
Klubun tam adı | Football Club Groningen | ||
Ölkə |
![]() |
||
Ləqəb(lər) | Trots van het Noorden(Şimalın fəxri), Green White Army (Yaşıl-ağ ordu) | ||
Yaranma tarixi | 16 iyun 1971 | ||
Stadionu | Euroborg, Qroningen | ||
Tutumu | 22 500 | ||
Prezidenti |
![]() |
||
Baş məşqçisi |
![]() |
||
Kapitanı |
![]() |
||
Liqa | Erediviziya | ||
2021/22 | 12-ci | ||
| |||
Rəsmi saytı | |||
![]() |
Qroningen (nid. FC Groningen) — Qroningen şəhərindəki Hollandiyanın professional futbol klubu. 16 iyun 1971-ci ildə qurulub. Komanda ev oyunlarını 22.5 min tamaşaçı yerləşən Euroborg stadionunda evdə oynayır.
2017/18 mövsümündə "Qroningen" Erediviziyada 12-ci yeri tutmuşdur. Hollandiya çempionatında ən yüksək nailiyyəti 1990/91 mövsümündə 3-cü yerdir. 2015-ci ildə klub ilk dəfə Hollandiya Kubokunu qazandı. Komandanın baş məşqçisi Danni Byoysdur.
Tarixi
Qroningen Futbol və Atletika Birliyi 26 yanvar 1921-ci ildə yaradılıb. 16 iyun 1971-ci ildə "Qroningen" futbol klubu yaradıldı. 1971/72 mövsümündə "Qroningen" ilk dəfə Erediviziyada iştirak etdi və mövsümü 12-ci sırada tamamladı. 2 ildən sonra o, sonuncu yeri tutub Birinci Diviziona düşdü.
1983-cü ildə Qroningen ilk dəfə UEFA Kubokuna qatıldı: ilk turda "Atletiko Madrid"i 4:2 hesabı ilə məğlub etdi, lakin ikinci turda "İnter Milana"ə 3:5 hesabı ilə məğlub oldu. Hollandiya Kubokunun 1988/89 mövsümündə Qroningen finala qədər irəlilədi və PSV-yə 1:4 hesabı ilə məğlub oldu. Bunun sayəsində, Qroningen UEFA Kuboklar Kuboku 1989/1990 mövsümündə çıxış etdi və ikinci tura qədər irəliləyə bildi.
2002-ci ilin noyabrından 2010-cu ilədək komandanın baş məşqçisi Ron Yans olub.
Heyət
2018/19 mövsümü üçün
|
|
Məşqçilər heyəti
Keçmiş oyunçular
Yohan Neskens
Ronald Kuman
Ervin Kuman
Mixael Reyziqer
Aryen Robben
Luis Suarez
Bruno Silva
Baş məşqçiləri
Uğurları
- Erediviziyada bürünc medal — 1990/91
- Hollandiya Kubokunun qalibi — 2014/15
- Hollandiya Kubokunun finalçısı — 1988/89
- Hollandiya Superkubokunun finalçısı — 2015