Nalburunlar
Nalburunlar | |
---|---|
![]() | |
Elmi təsnifat | |
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Dəstə: Yarımdəstə: Yinpterochiroptera Fəsiləüstü: Rhinolophoidea Fəsilə: Nalburunlar |
|
Beynəlxalq elmi adı | |
|
|
Nalburunlar (lat. Rhinolophidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.
Fəsilənin ümumi xarakteristikası
Bizim faunanın başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların ("nal" , "neştər", "yəhər"), traqussuz iri qulaqları, enli qanadları ilə fərqlənir. Dişilərdə 2 döş əmziyindən başqa, qasıq nahiyəsində də 2 əmzik vardır ki, bunlar balanın ana bədəninə yapışmasına xidmət edir. Cinsi yetkinliyə 2 və daha artıq yaşında çatır. Fəsiləyə 10 cinsə aid olan 130 növ daxildir. Yeganə eyniadlı nalburun cinsdən olan 80-ə yaxın nalburun Şərq Yarımkürəsinin tropik və subtropiklərində yaşayır. Onlardan ikisi (kiçik və böyük nalburunlar) şimalda İngiltərəyə və Baltik dənizinə qədər çatır.
Təsnifat
- Rhinolophinae yarımfəsiləsi
- Cins Rhinolophus
- Hipposiderinae yarımfəsiləsi
- Cins Anthops
- Cins Asellia
- Cins Aselliscus
- Cins Cloeotis
- Cins Coelops
- Cins Hipposideros
- Cins Paracoelops
- Cins Rhinonicteris
- Cins Triaenops
Qafqaz və Azərbaycan ərazisində nalburun cinsinə (lat. Rhinolophus) aid olan beş növ yayılmışdır:
- Kiçik nalburun — Rhinolophus hipposideros
- Blazius nalburunu — Rhinolophus blasii
- Cənub nalburunu – Rhinolophus euryale
- Meheli nalburunu- Rhinolophus mehelyi
- Böyük nalburun — Rhinolophus ferrumequinum
İstinadlar
- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7