Riçard Almeyda

Riçard Almeyda
port. Richard Almeida
Ümumi məlumatlar
Tam adı Riçard Almeyda de Oliveyra
Ləqəbi Riçi, Maestro
Doğum tarixi 20 mart 1989(1989-03-20)[1][2][…] (35 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 177 sm
Çəkisi 68 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
2007—2008 Braziliya Santu-Andre 4 (0)
2010—2011 Portuqaliya Jil Visente 57 (6)
2011—2018 Azərbaycan Qarabağ 163 (38)
2018—2019 Qazaxıstan Astana 8 (1)
2019—2020   Azərbaycan Qarabağ 28 (6)
2020 Birləşmiş Ərəb Əmirlikləri Baniyas 0 (0)
2020–2021 Azərbaycan Zirə 13 (0)
2021—2025 Azərbaycan Qarabağ 65 (7)
Milli yığma[* 2]
2017—h.h. Azərbaycan Azərbaycan 31 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 fevral 2025 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 fevral 2025 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Almeyda (port. Richard Almeida de Oliveira; 20 mart 1989[1][2][…], San Paulo) — Azərbaycan milli futbol komandasında çıxış etmiş Braziliya əsilli azərbaycanlı futbolçu. 2017-ci ildən Azərbaycan vətəndaşıdır. 9 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan kubokunun qalibi olub.

Karyerası

Almeyda — Santu-Andre klubunun yetirməsidir.8 may 2010-cu ildə İkasaya qarşı oyunda Seria B-də debüt etmişdir, lakin o, əsas heyətdə möhkəmlənə bilmir və yetirməsi olduğu komandada yalnız 4 görüşə çıxır.

2010-cu ildə Portuqaliya ikinci liqası komandası olan Jil Visenteyə gəlir.29 avqust 2010-cu ildə Trofensi klubuna qarşı oyunda "xoruzlar"ın heyətində debüt edir.6 yanvar 2011-ci ildə isə Penafiellə oyunda ilk qolunu vurur. Onunda töhfələri sayəsində klub həmin il ikinci liqada çempion olur.

Almeyda 2012-ci ildə Qarabağa keçir.5 avqust 2012-ci ildə İnterlə oyunda debüt edir. İlk qolunu isə Sumqayıta vurur. Sezonun sonunda isə 13 qolla bombardirlər arasında 4-cü pilləni tutur. Sonrakı illərdə isə məhsuldarlığı nisbətən aşağı düşür:2 sezona 9 qol.

2 iyul 2013 tarixində Makedoniya Metallurqu ilə görüşdə ümumilikdə Avroliqda ilk oyunun keçirir. İlk qolunu isə 18 iyul 2013-cü ildə Polşa Piast ilə oyunda vurur.

11 fevral 2025-ci ildə "Qarabağ" Almeyda ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.[3]

Uğurları

Klub

Azərbaycan Qarabağ

Şəxsi

  • Azərbaycan Premyer Liqası ayın oyunçusu (1): aprel 2012[4]
  • Azərbaycan Premyer Liqası ən yaxşı xarici futbolçu (1): 2014
  • Azərbaycanda ilin legioner idmançısı (İdman Araşdırmalar Mərkəzinin versiyası) (1): 2014[5]

İstinadlar

  1. 1 2 Richard // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Richard Almeida // FBref (çd.).
  3. "Təşəkkürlər, Riçard!". qarabagh.com. İstifadə tarixi: 2025-02-11.
  4. "Topaz Premyer Liqası / Ayın oyunçusu". 2013-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-27.
  5. "Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi" (az.). Ann.az. 24 dekabr 2014. 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.

Xarici keçidlər