Riversayd Muzeyi

Riversayd Muzeyi
ing. Riverside Museum
Əsası qoyulub 2011
Açılış tarixi 2011
Mövzu Nəqliyyat və səyahət
Ölkə
Yerləşir Qlazqo, Böyük Britaniya
Kolleksiyası 3 000 ədəd
Ziyarətçi sayı
  • 1.131.814 nəf. (2015)[3]
Bilet Pulsuz
55°51′54″ şm. e. 4°18′23″ q. u.
Muzeyin saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riversayd Muzeyi (ing. Riverside Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. Muzey Klayd çayının sahilində yerləşir və həm şəhər, həm də çay tərəfindən muzeyə giriş var.[4]

Tarixi

Riversayd Muzeyi 2013-cü ildə 41 iştirakçı muzey arasında “Avropada ilin muzeyi” müsabiqəsinin əsas mükafatını almışdır.[5]

Dizayn və tikintisi

Zaha Hadidin rəhbərlik etdiyi “Zaha Hadid Architects” şirkəti muzeyi 2011-ci ildə tikmişdir.[4] Hündürlüyü 36 metr olan şüşəli fasad binasında 3 min eksponata malik nəqliyyat muzeyi fəaliyyət göstərir.[4] Binanın ziqzaqvari damı xüsusi sink panellərdən hazırlanıb.[4]

Kolleksiyalar

Muzey eksponatları arasında xüsusi stenddə bərkidilmiş, müxtəlif illərdə hazırlanmış velosipedlər var.[6]

Qalereya

İstinadlar

Xarici keçidlər