Roketsan

Roketsan
Ümumi məlumatlar
Tipi Anonim şirkət[d]
Sənaye

Müdafiə

Texnologiya
Məhsulu
Təsis tarixi 14 İyun 1988-ci il
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri 2.5 milyard TL[1] (2019)
Struktur
İşçi sayı 3000
www.roketsan.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roketsan müxtəlif təyinatlı raket tədqiqatı və istehsalına öndərlik etmək məqsədilə Müdafiə Sənayesi İcraiyyə Komitəsi tərəfindən 1988-ci ildə yaradılmış müdafiə sənayesi şirkətidir. Hal-hazırda Türkiyənin əsas raket istehsalı ilə məşğul olan şirkətdir. Ən yaxşı müdafiə sənayesi şirkətləri siyahısında 2018-ci ildə 96-cı yrdə qərarlaşıb. 2019-cu ildə isə daha da yuxarı pilləyə yüksəlmiş və 89-cu yerdə qərarlaşmışdır.

Roketsan-ın hazırkı səhmdarları arasında Türkiyə Silahlı Qüvvələri Vəqfi (55,5%), ASELSAN (15%), Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi (15%), Vakıflar Bankası (10%), HAVELSAN (4,5%) var. Roketsan ən çox idarə olunan və idarə olunmayan raketləri, həmçinin Bora, Atmaca, Cirit, UMTAS və OMTAS kimi idarə olunan raketləri ilə tanınır. Şirkət həmçinin FIM-92 Stinger, Rapier və RIM-162 ESSM raketləri üçün alt sistemlər istehsal edir və digər inteqrasiya olunmuş mülki və hərbi platformalar üçün texnologiya və mühəndislik həlləri təqdim edir.

Məhsullar

  • Atmaca gəmi əleyhinə raket
  • J-600T ballistik raket
  • T-122 Sakarya reaktiv yaylım atəş sistemi
  • T-300 Qasırğa reaktiv yaylım atəş sistemi
  • FIM-92 Stinger
  • Bora (raket)
  • SOM raketi
  • Cirit tank əleyhinə idarəolunan raket
  • OMTAS tank əleyhinə idarəolunan raket
  • UMTAS tank əleyhinə idarəolunan raket
  • Hisar-A hava hücumundan müdafiə raketi
  • Hisar hava hücumundan müdafiə raketi
  • Hisar-U hava hücumundan müdafiə raketi

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-19.