Ruan
Ruan | |
---|---|
Rouen | |
49°26′35″ şm. e. 1°06′09″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 76000[4], 76100[4] |
Nəqliyyat kodu | 76 |
Digər | |
rouen.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ruan — Fransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var.
Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır. 1204-cü ildə Fransaya birləşdirilmişdir. Yüzillik müharibənin gedişində 1419-1449 illərdə ingilislərin hakimiyyəti altına keçmişdir. Janna d'Ark 1431-ci ildə burada mühakimə olunmuş və tonqalda yandırılmışdır. Böyük Fransa inqilabı dövründə Ruanda əksinqilabi qüvvələr cəmləşmişdir. İkinci dünya müharibəsi dövründə böyük dağıntılara məruz qalmış, 1944-cü il avqustun sonunda alman işğalından azad edilmişdir.
İstinadlar
- ↑ 1 2 archINFORM (alm.). 1994.
- ↑ répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ 1 2 Base officielle des codes postaux. La Poste, 2018.