Sım — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.[1]
Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır.[2] Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.[3]