SSRİ Bəstəkarlar İttifaqı
SSRİ Bəstəkarlar İttifaqı (rus. Союз композиторов СССР)— SSRİ bəstəkarlarının və musiqişünaslarının vahid yaradıcılıq ittifaqı. 1957-ci ilədək SSRİ Sovet Bəstəkarları İttifaqı adlanırdı.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/64/SkUSSR.jpg/220px-SkUSSR.jpg)
ÜİK(b)P MK-sının 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarına əsasən yaradılımışdı. 1948-ci ilədək təşkilata Təşkilat Komitəsi rəhbərlik edirdi. Bəstəkarlar İttifaqının ilk qurultayı 19 aprel—25 aprel 1948-ci ildə Moskvada keçirilib. İlk sədri bəstəkar Boris Asafyev seçilmişdi.