Saatlı kəndi Bakı quberniyasınınCavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır.[3]
Əhali
"Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.