Salxımşəkilli rododendron
Salxımşəkilli rododendron | |
---|---|
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Ericoideae Triba: Rhodoreae Cins: Növ: Salxımşəkilli rododendron |
|
Beynəlxalq elmi adı | |
Salxımşəkilli rododendron (lat. Rhododendron racemosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Təbii yayılması
Çində dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə rast gəlinir.
Botaniki xarakteristikası
Hündürlüyü 1 m-ə çatan həmişəyaşıl koldur. Zoğları elastik, sallaq, ətirlidir. Yarpaqları uzunsov-ellipsvarı, ucları biz, uzunluğu 2-6 sm, eni 1-2 sm, alt tərəfi göyümtül qabıqlarla örtülmüşdür. Çiçəkləri ağ və ya al-qırmızı, qıfvarı, 5 ləçəkli, üstdən qabıqlarla örtülmüş, tükcüksüz, uc çiçək qruplarında 2-3 ədəd toplanmışdır. Erkəkcikləri 10 ədəddir. Mayın ikinci yarısında, iyunun əvvəlində bol və uzun müddət çiçəkləyir.
Ekologiyası
Sərt qışda donur, ancaq yazda özünü bərpa edir. Küləkdən və günəşdən qorunan yerlərdə əkmək lazımdır.
Azərbaycanda yayılması
Azərbaycanda 1987-ci ildə introduksiya olunmuşdur. Yaşıllaşdırmada çox az rast gəlinir.
İstifadəsi
Tək, qrup əkinləri və alpinarilər üçün yararlıdır.