Sandro Bottiçelli
Sandro Botiçelli | |
---|---|
it. Sandro Botticelli | |
| |
Doğum adı | it. Alessandro di Mariano di Vanni Filipepi |
Doğum tarixi | |
Doğum yeri | Florensiya |
Vəfat tarixi | |
Vəfat yeri | Florensiya |
Fəaliyyəti | rəssam, boyakar[d], memarlıq çertyojçusu[d] |
Janrlar | portret[1][2], tarix rəssamlığı[1][2], dini rəssamlıq[d][1], mifologiya rəssamlığı[d][2], dini incəsənət[d][2] |
Stillər | Florensiya Məktəbi[d][3] |
Tanınmış işləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sandro Botiçelli (təq. 1445[3][4], Florensiya, Florensiya Respublikası[3][4] – 17 may 1510[5][6][…], Florensiya, Florensiya Respublikası[7][2][…]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.
Onun sənətində dini mövzular, aristokratik meyllər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra gözəl əsərlər, o cümlədən mövzusu italyan poeziyasından götürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.
Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "İlahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.
Əsərləri
İstinadlar
- ↑ 1 2 3 http://vocab.getty.edu/page/ulan/500015254.
- ↑ 1 2 3 4 5 https://rkd.nl/explore/artists/11286.
- ↑ 1 2 3 https://www.britannica.com/biography/Sandro-Botticelli.
- ↑ 1 2 https://doi.org/10.1093/gao/9781884446054.article.T010385.
- ↑ Artnet. 1998.
- ↑ Sandro Botticelli // AGORHA (fr.). 2009.
- ↑ Union List of Artist Names (ing.). 2018.