Sarıtəpə (Şəmkir)

Sarıtəpə
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

SarıtəpəAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi Sarıtəpə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]

Tarixi

Kənd 1988-ci ildə Orta Asiyadan qovulan Axısqa Türkləri üçün salınmışdır. İlk adı Şəmkir kəndi olub, sonra isə dəyişdirilib Sarıtəpə qoyulmuşdur.

Əhalisi

Kənd əhalisi 2289 nəfərdir ki, onunda 49% kişi, 51% isə qadınlar təşkil edir. Əhalisini əsasən axısqa türkləri təşkil edir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

İstinadlar

Həmçinin bax