İlk dəfə saxur dilinə dair elmi iş 1895-ci ildə alman dilçisi Roderix fon Erkert tərəfindən yazılmışdı. 1913-cü ildə digər alim Artur Dirr saxur dilinin ilk qrammatikasını tərtib etmişdi. Dilin ədəbi forması 1930-cu ildə Qanıx şivəsinin əsasında qurulmuşdu. 1934-cü ildən bəri məktəblərdə keçirilirdi, lakin Azərbaycanda 1938-cu ildə dərs kimi ləğv olundu və dilin tədrisi bir də 1989-cu ildə bərpa edildi.
Saxur dilində ismin 18 halı, felin 7 növü vardır.
2009-cu ildə Azərbaycanda "Buta Film" kinostudiyası "Arxası Qibləyə" (sax. "Къиблайыка йыкьыгьийна") adlı ilk saxurdilli film çəkmişdi.
arçin • ləzgi dili: şərqi ləzgi dilləri (ağul, ləzgi, tabasaran), qərbi ləzgi dilləri (rutul, saxur), cənubi ləzgi dilləri (buduq, qrız) • udi dilləri: aqvanq (qafqaz-alban) †, udi