Sedan

20-ci illərin sonuna aid dördqapılı sedan
"Sedan" banında müasir avtomobil

Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü.

Xüsusiyyətlər

Bu günə kimi klassik sayılan üçhəcmli sedan XX-ci əsrin 30–40-cı illərində tam olaraq formalaşdı
1930-cu illərin dördqapılı, iki vizual həcmli və şaquli arxa hissəsiylə. Kofr baqaj hissəsi görünüt..

Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər.

1963-cü ilin qalxıb/düşən arxa şüşəli Mercury Monterey hardtop sedanı.
Opel Rekord A. 1960-cı illərin Avropasında ikiqapılı sedanlar dördqapılılar qədər populyarıydılar.
Opel Ascona C — Avropanın son ikiqapılı sedan modellərindən biri.
Peugeot 206 sedanı — inkişaf edən ölkələr üçün Avropa hetçbeki bazasında qurulmuşdu.

Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.

İstinadlar