Serxio Qomez Martin
Serxio Qomez Martin | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Serxio Qomez Martin | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Badalona, İspaniya | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 170 | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Borussiya Dortmund | ||||||||||||||||||||||||||||||
Nömrəsi | 17 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Serxio Qomez Martin (4 sentyabr 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Klub karyerası
Barselona
Martin Kataloniya əyalətinin Barselona vilayətinin Badalona şəhərində anadan olmuşdur. Qomez Traxana, Badalona və Espanyol klublarında çıxış etdikdən sonra 2010-cu ildə Barselona klubunun akademiyasına qəbul olmuşdur.[1] Akademiyada inkişaf etdikdən sonra Qomez əvəzedici komanda ilə debütünü 6 yanvar 2018-ci ildə Sequnda Diviziyasında Real Zaraqoza klubuna qarşı oyunda etmişdir. O, Abel Ruizi əvəz etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[2]
Borussiya Dortmund
30 yanvar 2018-ci ildə Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubu ilə müqavilə imzalamışdır. O, əsas komandaya yüksələnə kimi klubun U-19 komandasında çıxış etmişdir. Qomez 1 iyul 2019-cu ilə kimi bu komandada çıxış etməlidir.[3] O, əsas komanda ilə debütünü 8 aprel 2018-ci ildə etmişdir.
Karyera statistikası
- 15 Mart 2018 tarixində yenilənib
Klub | Mövsüm | Liqa | Kubok | Kontinental | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Borussiya Dortmund | 2017–18 | Bundesliqa | 2 | 0 | 0 | 0 | 0[a] | 0 | 0[b] | 0 | 2 | 0 |
Ümumi karyera | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 |
- Qeydlər
- ↑ Çempionlar Liqası görüşləri daxildir.
- ↑ DFL-Superkuboku görüşləri daxildir.
İstinadlar
- ↑ "Sergio Gómez: Una zurda de seda" [Sergio Gómez: a left foot of silk] (ispan). Mundo Deportivo. 14 March 2014. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2018.
- ↑ "El Zaragoza y Barça B no salen a flote en La Romareda" [Zaragoza and Barça B do not come afloat at the La Romareda] (ispan). Marca. 6 January 2018. 17 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2018.
- ↑ "Borussia Dortmund snap up Barcelona prodigy Sergio Gomez". Bundesliqa. 30 January 2018. 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2018.
Xarici keçidlər
- BDFutbol.com 'da profili (ing.)
- Soccerway.com saytında profili (ing.)