Shenyang J-31 (və ya FC-31) Kod adı Gyrfalcon olan Çinin iki mühərrikli, V nəsilçoxməqsədlidöyüş təyyarəsilayihəsidir. İlk uçuşunu 2012-ci ilin noyabrında edən təyyarənin 2018 və ya 2019-cu ildə istehsalına başlaması gözlənilir. Amerikalı hərbi rəsmilər J-31-in F-35-in surəti olduğunu və onun F-35 layihəsində iştirak edən bir Avropaölkəsindən F-35 texnologiyalarının oğurlanması ilə hazırlandığını iddia edirlər. Çin Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu 500 ədəd FC-31 təyyarəsi ilə yanaşı, Çinin təyyarədaşıyan gəmiləri üçün 120 ədəd FC-31 istehsalı, həmçinin də digər ölkələrə ən azı 600 ədəd təyyarənin ixracı planlaşdırılır.