Simpson (səhra)

Simpson səhrası
Simpson Desert
Ümumi məlumatlar
Mütləq hündürlüyü 288 m
Sahəsi 143,000 km²
Yerləşməsi
24°34′ c. e. 137°25′ ş. u.
Ölkə  Avstraliya
Simpson səhrası xəritədə
Simpson səhrası
Simpson səhrası
Simpson səhrası (Avstraliya)
Simpson səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, KvinslendCənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü[1][2][3]

Tarix

Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir.

1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.

Təbiət

Ərazisində Dyunlər silsilə şəkildə uzanır. Cənub-qərbdə qumlu-gillicəli, Eyr gölü hövzəsində isə gilli suxurlara sahibdir. Dyunların hündürlüyü 20-37 metr təşkil edir. Bu dilsilələrin uzunluğu bəzi yerlərdə 160 km-dir. Kserofit kolluqlara sahibdir.

Simpson səhrası bir çox nadir səhra canlılarının son sığınacağıdır:

  • Simpson Milli Parkı (Simpson Desert National Park), Qərbi Kvislend, 1967 il, 10 120 km²
  • Simpson Səhrası Qoruma Milli Parkı (Simpson Desert Conservation Park), Cənubi Avstraliya, 1967 il, 6927 km²
  • Simpson Səhrası ərazi qoruğu (Simpson Desert Regional Reserve), Cənubi Avstraliya, 1988 il, 29 642 km²
  • Vidcir Milli Parkı (Witjira National Park), Cənubi Avstraliyanın şimalı, 1985 il 7770 km²

İqlim və coğrafiya

Yanvar ayının orta temperaturu 28—30 °С, iyul ayının isə — 12—15 °С təşkil edir. Şimalında yağıntının miqdarı 130 mm-dir. Səhradan Todd, Plenti, Heyl, Hey adlı krik çaylar axır.

Əhalinin böyük qismi Böyük Artezan hövzəsində yayılmışdır.

İstinadlar

  1. Twidale, C.R. "The Simpson Desert, central Australia". South African Geographic Journal. 65. 1980: 3–17.
  2. "Desert Parks of South Australia" (PDF). Department of Environment and Heritage, South Australia. 2008-07-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.
  3. "Simpson Desert". Britannica Encyclopedia Inc. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.