Sinif (təhsil)

Sinif — eyni təhsil ilində və vahid təhsil proqramı üzrə təhsil alan məktəblilər qrupudur.[1]

Sinfə təhsil səviyyəsini (ilini) göstərən nömrə verilir və məktəbdə eyni səviyyəli bir neçə qrup (paralel siniflər) varsa, nömrənin yanına hərf əlavə olunur.

Sinfin tərkibi tədris ili ərzində çox vaxt sabitdir, lakin ailənin köçürülməsi, müxtəlif səbəblərə görə qovulma və yeni şagirdlərin gəlməsi mümkündür.

Bir sinifdə şagirdlərin sayı bir neçə nəfərdən 30–40 nəfərə qədər dəyişir. Rusiyadakı standartlara görə, maksimum say bir şagirdə düşən sahəyə görə müəyyən edilir. 2016-cı ilə qədər maksimum sinif ölçüsü 25-dən çox ola bilməzdi.[2] Azərbaycanda ibtidai təhsil səviyyəsində sinifdəki şagirlərin sayı 30, tam orta təhsil səviyyəsində təmayül siniflərdə 20 ola bilər.[3] Sağlamlıq imkanları məhdud şəxslər üçün olan siniflərdə sagird sayı daha az olur.[3]

İstinadlar

  1. "«Класс учебный» (понятие) в Большом энциклопедическом словаре". М.: Советская энциклопедия. 2002. 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.
  2. "Сколько максимально может быть учеников в классе?". AiF (rus). 2017-11-16. 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-10.
  3. 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2025-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-10.