Sonic the Hedgehog — "Sonic Team" oyun şirkəti tərəfindən 2006-cı ildə yaradılan macəra oyunudur. Həmçinin, videooyun "Playstation 3" və "Xbox 360" platformalarından başqa, "Wii" və Microsoft Windows platformalarında çıxışı gözlənilirdi. Lakin oyun "HD" formatı ilə hazırlandığından, "Wii" qrup heyəti oyunu hazırlamağa imtina etmiş, "Microsoft Windows" platformasının qrup heyəti isə oyunun uğur qazanmadığına görə bu oyunun hazırlanmasını ləğv etmişdir. Videooyun "Xbox 360" platformasında 2006-cı ildə, "Playstation 3" platformasında isə 2007-ci ildə istehsal edilmişdir.