Stenokardiya

Stenokardiya
XBT-10 I20
XBT-9 413
DiseasesDB 8695
MedlinePlus 000198, 000201, 001107
MeSH D000787
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi.

Stenokardiya ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya və ya "döş inağı", adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir.

Risk amilləri

  • Tütünçəkmə;
  • Spirtli içkilərdən istifadə;
  • Piylənmə (maddələr mübadiləsinin pozulması);
  • Qan təzyiqinin yüksək olması;
  • Şəkərli diabet (digər endokrin xəstəliklər);
  • stress, emosional gərginlik

Yayılması

Hava damcı yolu ilə olur.

Patofiziologiya

Patofiziologiyasının əsasında koronar damarlara bağlı olaraq baş verən işemiya durur. Elə xəstəliyin əsas əlaməti – döş sümüyü arxasındakı yandırıcı, göynədici ağrı da bununla əlaqədardır.

Klinik təzahürlər

Ağrı ən çox döş sümüyü arxasında hiss olunur. Bir çox hallarda da kürəkarası nahiyəyə, boyna, çənəyə, sol və sağ qola, epiqastral nahiyəyə irradiyasiya edə bilər.

Təsnifat

  1. Stabil stenokardiya
  2. Astabil stenokardiya
  3. Mikrovaskulyar stenokardiya

Qeyd

Stenokardiyalı xəstələrin nəzərinə! Xəstəliyin proqnozunu yaxşılaşdırmaq, miokard infarktı və ölümün qarşısını almaq, simptomları azaltmaq və ya tam aradan qaldırmaq üçün stenokardiyalı xəstə bunlara əməl etməlidir:

  • Spirtli içkilərdən və tütünçəkmədən imtina etməli;
  • Yağlı qidalar qəbul etməməli (xolesterinsiz qidaya üstünlük verməli);
  • Əsəb gərginliyindən uzaq olmalı;
  • Qan təzyiqini daim nəzarətdə saxlamalı;
  • Qanda şəkəri olan xəstələr daim endokrinoloq nəzarətində olmalı;
  • Təmiz havada piyada gəzməli (ən azı gündə 30 dəq.);
  • Müalicə rejiminə düzgün riayət etməli;
  • Lazımi müayinələrdən vaxtında keçməli (EKQ, EXO, laborator müayinələr);
  • Artıq bədən çəkisindən azad olmalı.[1]

İstinadlar

  1. "stenokardiya". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  1. Robbins "Temel Patoloji" 8. baskı
  2. Tusdata "Dahiliye" 2009.