Tükbaş qurd
Tükbaş qurd | |
---|---|
![]() | |
Elmi təsnifat | |
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tükbaş qurd |
|
Beynəlxalq elmi adı | |
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.
Xarici quruluşu
Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır.[1] Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.[2].
Həyat tərzi
Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s.[3] Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə). Tükbaşın patoloji əhəmiyyəti o qədər də böyük deyildir. [4].
Yayılması
Ən çox Orta Asiyada geniş yayılmışdır.
İstinadlar
- ↑ "Trihocechalus trichiurus". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
- ↑ V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.
- ↑ "Trihocechalus trichiurus". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
- ↑ B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh.