Türk mətbəxi

Türk mətbəxi

Türk mətbəxiTürkiyənin milli mətbəxi. Osmanlı mədəniyyətinin mirascısı olan türk mutbəxi həm BalkanOrta Şərq mətbəxlərinə təsir göstərmiş həm də bu mətbəxlərin təsirini də özündə göstərmişdir. Həmçinin, türk mətbəxi regionlara görə də fərqlilikləri vardır. Qaradəniz mətbəxi, Cənub-qərb ətbəxi, Orta Anadolu mətbəxi kimi bir çox region mətbəxləri özlərinə aid çoxsaylı və fərqli yeməklərə sahibdirlər.

Şorbalar

Ezogəlin şorbası

Şorbalar xüsusilə qış aylarında türk mətbəxinin əvəzedilməz parçası hesab olunur. Mərcimək şorbası, Ezogəlin şorbası və Tarhana şorbası ən çox istifadə edilən şorbalardır. Ancaq Türk mətbəxindəki şorbalar bununla bitmir. Ətlər, tərəvəzlər ve paxlakimilər şorbaların əsas inqredientləridir. Ət suyu, un, yoğurt və şəhriyə bu ərzaqları şorba halına gətirmək üçün istifadə edilir.

İşgəmbə şorbasının alkoqol qəbulu zamanı yaranan baş ağrılarına yaxşı gəldiyi düşünülür. Bundan istifadə edən restoranlar adətən axşam saatlarında işgəmbə şorbasını servisinə başlayırlar.